Xəbər lenti

Azərbaycanda baş redaktor həbs olundu - YENİLƏNİB
Ölkə10:41 19.03.2014

Azərbaycanda baş redaktor həbs olundu - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda qəzet baş redaktoru dələduzluğa görə tutulub.

Qaynar.info APA-ya istinadən xəbər verir ki, Nəsimi Polis İdarəsindən  verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluqda təqsirləndirilən 1980-ci il təvəllüdlü Yusif Məhəmməd oğlu Osmanlı saxlanıb.

Polisdən həmçinin bildirilib ki, Y. Osmanlı bir neçə vətəndaşa qarşı dələduzluq etdiyinə görə, bir müddət əvvəl axtarışa verilibmiş.

Y. Osmanlı “Yeni Avropa” qəzetinin təsisçi və baş redaktorudur.

***

Musavat.com-un əldə etdiyi məlumata görə, Y.Osmanlı bir müddət əvvəl Rusiyada yaşayan və külli miqdarda pula ehtiyacı yaranan bir qohumunun problemini həll etmək üçün tanıdığı şəxslərdən 14 min manat məbləğində borc alaraq, ona göndərib. Ancaq sonradan həmin şəxs pulu qaytarmaqdan imtina edib və Y.Osmanlının yaxası pul yiyələrinin əlində qalıb. Onlar jurnalistdən şikayətçi olublar. 

Qaynar.info