Xəbər lenti

Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermə yekunlaşdı (YENİLƏNİB)
Ölkə07:59 29.01.2025

Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermə yekunlaşdı (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesi yekunlaşıb.
Qaynarinfo xəbər verir ki, seçki məntəqələri bu gün saat 8:00-da açılıb, səsvermə 19:00-da başa çatıb.
Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, saat 17:00-a olan seçici fəallığı 28,77 faiz olub.
Belə ki, həmin vaxta qədər 1 milyon 715 min 291 nəfər səs verib.
Qeyd edək ki, seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilib.
685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparıb.
Bugünkü bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.
 07:59
Bu gün Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermədir.
Qaynarinfo xəbər verir ki, seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçiriləcək.
Bələdiyyə seçkiləri üçün məntəqələr yanvarın 29-u səhər saat 8:00-da açılır, səsvermə saat 19:00-a qədər davam edəcək.
Seçkilərdə 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.
Qeyd edək ki, seçki ilə əlaqədar ölkədə qeyri-iş günü kimi təsbit edilib.