Xəbər lenti

Azərbaycanda bəzi körpələrə şəhər adları verilib - Siyahı
Ölkə11:28 27.06.2016

Azərbaycanda bəzi körpələrə şəhər adları verilib - Siyahı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Siyahıda Quba, Şuşa, Şamaxı və İsmayıllının da adı var

Azərbaycanda öz övladlarına müxtəlif şəhər və rayonların adlarını verənlərin sayı çoxdur.

Ədliyyə Nazirliyindən "Report"a verilən məlumata görə, son beş ildə 146 körpəyə Təbriz, 2 körpəyə Təbrizə adı verilib.

3 uşağa Bakıxan, 293-nə Xəzər, 1-nə Xəzər Dağxan adı verilib.

Son beş ildə 10 uşağa Quba, 6-na Qubaxanım, 1-nə Şuşa, 1-nə Lənkəran, 1-nə Samuxan, 93-nə Laçın, 2-nə Şamaxı, 1-nə Salyan, 1-nə İsmayıllı, 3-nə Gəncəli, 3-nə isə Gəncəvi adı verilib.

Son beş ildə 5419 körpəyə Mədinə, 340-na Sofiya, 16-na Məkkə, 3-nə Məşədi, 12-nə Afina, 4-nə İzmir adı verilib.

Övladlarına İstanbul (1), Qahirə (7), Samara (6), Qüdsi (7), Marsel (7) kimi adlar verənlər də var.

Bundan başqa, uşaqlara Mədinəxanım (14), Mədinənur (1), Mədinə Nouvella (1), Sofiyabanu (1), Sofiya Apreliya (1), İzmirə (1) kimi adlar da verilib.

Qaynarinfo.az