Xəbər lenti

Azərbaycanda bir ildə 2000 körpə ölüb
Ölkə09:09 20.06.2016

Azərbaycanda bir ildə 2000 körpə ölüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən il 1 yaşa qədər 2000 körpə ölüb.

Dövlət Statistika Komitəsindən Qaynarinfo.az-a verilən məlumata görə, il ərzində ölən körpələrdən 1200-i oğlan, 800-i isə qız olub. Ümumilikdə hər 100 nəfər diri doğulandan 11-i ölüb. 

Körpə ölümünün əsas səbəbləri perinatal dövrdə meydana çıxan hallar, tənəffüs orqanlarının xəstəlikləri və anadangəlmə anomaliyalardır (inkişaf qüsurları). 2015-ci ildə bu xəstəliklərdən hər 10 000 nəfər diri doğulana müvafiq olaraq 69, 11, 9 körpə ölüb. 

Ötən il doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 75,2 yaş, o cümlədən oğlanlar üçün 72,7 yaş, qızlar üçün isə77,6 yaş olub. 

Qaynarinfo.az