Xəbər lenti

Azərbaycanda biznesin dəstəklənməsi məqsədilə gömrük rüsumlarına təkrar baxıla bilər
Ölkə17:11 08.08.2018

Azərbaycanda biznesin dəstəklənməsi məqsədilə gömrük rüsumlarına təkrar baxıla bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Gömrük Komitəsi (DGK) kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin dəstəklənməsi üçün bir sıra rüsumların təkrar nəzərdən keçirilə biləcəyini istisna etmir.
Bunu Trend-in sualına cavab olaraq DGK-nin sədri Səfər Mehdiyev deyib.
S.Mehdiyevin sözlərinə görə, komitə KOS nümayəndələri ilə müntəzəm görüşlər keçirməyə və onların ehtiyaclarını öyrənməyə hazırdır:
"Əgər KOS subyektlərinə dəstək olaraq tarif və ya rüsumların təkrar nəzərdən keçirilməsinə zərurət yaranarsa, biz bu addımı atmağa hazırıq. Artıq bu gün biz sahibkarlarla danışıqlar aparırıq və yeni tarifləri, onların azaldılması və ya artırılmasını nəzərdən keçirə bilərik”.
Qeyd edək ki, 2018-ci il yanvarın 1-dən etibarən Azərbaycanda gömrük rüsumlarının yeni sistemi qüvvəyə minib.