Xəbər lenti

Azərbaycanda “Blackberry” oğrusu tutuldu
Ölkə18:32 08.03.2015

Azərbaycanda “Blackberry” oğrusu tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda oğurluq edən 19 yaşlı oğlan tutulub. Lent.az-ın məlumatına görə, 1981-ci il təvəllüdlü Əliyev Eldəniz Amil oğlu 39-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, fevralın 22-də Nizami küçəsi 80/84-ün qarşısında üzdən tanıdığı şəxs ona yaxınlaşaraq telefonunu istəyib. 
E.Əliyev telefonunu qısa danışıq üçün istəyən şəxsə verib. Lakin həmin şəxs “Blackberry” markalı telefonla danışa-danışa bir az uzaqlaşıb və aradan çıxıb.
Aparılan araşdırmalardan sonra telefonu oğurlayan şəxsin 1996-cı il təvəllüdlü Feyzullayev Ellin Rafiq oğlu olması müəyyən edilib və o saxlanılıb.
Qaynar.info