Xəbər lenti

Azərbaycanda bu məhsullar bahalaşdı - SİYAHI
Ölkə19:23 06.11.2014

Azərbaycanda bu məhsullar bahalaşdı - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Oktyabr ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,6 faiz, o cümlədən birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri uyğun olaraq 3,0 və 3,1 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 2,2 faiz bahalaşıb.
Qaynar.info Dövlət Statistika Komitəsinin saytına istinadən xəbər verir ki, birillik bitkilərdən yaşıl lobyanın istehsalçı qiymətləri 15,2 faiz, xiyarın 0,6 faiz, yerkökünün istehsalçı qiymətləri 0,5 faiz ucuzlaşmış, buğdanın istehsalçı qiymətləri 4,1 faiz, arpanın 0,2 faiz, kartofun 0,7 faiz, kələmin 0,2 faiz, bibərin 0,9 faiz, göyərtinin 3,0 faiz, badımcanın 32,6 faiz, pomidorun 8,5 faiz, balqabağın 12,5 faiz, baş sarımsağın 8,4 faiz, baş soğanın istehsalçı qiymətləri isə 1,0 faiz artıb.
Çoxillik bitkilərdən üzümün istehsalçı qiymətləri 7,6 faiz, xurmanın 1,1 faiz, narın istehsalçı qiymətləri 20,5 faiz bahalaşmış, limonun istehsalçı qiymətləri 0,4 faiz, almanın 9,4 faiz, armudun 4,1 faiz, zoğalın istehsalçı qiymətləri 9,4 faiz ucuzlaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından mal və qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri müvafiq olaraq 1,2 və 0,7 faiz, təbii balın istehsalçı qiymətləri 1,9 faiz ucuzlaşmış, südün istehsalçı qiymətləri 2,8 faiz, yumurtanın 8,1 faiz, quş ətinin (diri çəkidə) 8,8 faiz bahalaşıb.
Qaynar.info