Xəbər lenti

Azərbaycanda bu məhsullar bahalaşdı - süd ucuzlaşdı
Ölkə06:29 13.02.2016

Azərbaycanda bu məhsullar bahalaşdı - süd ucuzlaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yanvar ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 1,5 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,2 faiz bahalaşıb. Ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,3 faiz bahalaşıb.
Qaynar.info Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bitkiçilik məhsullarından buğdanın, noxud və lobya dəninin, fındığın, qozun, xiyarın, pomidorun, kələmin, soğanın, yerkökünün, çuğundurun, heyvanın, narın, xurmanın, almanın istehsalçı qiymətlərində bahalaşma qeydə alınıb. Digər bitkiçilik məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Heyvandarlıq məhsullarından südün istehsalçı qiyməti ucuzlaşıb. Yumurtanın, ev quşlarının, mal və qoyun ətinin istehsalçı qiymətlərinin bahalaşdığı müəyyən edilib. Digər məhsulların qiymətlərində ciddi dəyişiklik müşahidə olunmayıb.
Qaynar.info