Xəbər lenti

Azərbaycanda bu şəxslər müəllim ola bilməyəcək
Ölkə13:39 19.10.2023

Azərbaycanda bu şəxslər müəllim ola bilməyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Uşaqlara qarşı cinsi istismara görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcək.
Qaynarinfo xəbər verir ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Komitə sədri Bəxtiyar Əliyev təklif edilən dəyişikliklərin uyğunlaşdırma xarakterli olduğunu söyləyib. O, "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasının ratifikasiyası ilə bağlı Cinayət Məcəlləsinə müvafiq dəyişikliklərin edildiyini bildirib.
Buna uyğun olaraq, sənədə daxil olan "Ümumi təhsil haqqında” qanunun 27.2.5-ci maddəsində "və ya” sözlərindən sonra "cinsi” sözü əlavə edilir. Düzəlişə əsasən, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər.