Xəbər lenti

Azərbaycanda büdcədən maliyyələşən qurumların sayı artırıldı
Ölkə17:22 30.08.2021

Azərbaycanda büdcədən maliyyələşən qurumların sayı artırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda büdcədən maliyyələşən qurumların sayı artırılıb.
Qaynarinfo xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı qərarla "Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı”na edilən dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu da büdcədən maliyyələşən qurumlar siyahısına daxil edilib.