Xəbər lenti

Nazirliyin binasında yanğın söndürüldü (FOTO/YENİLƏNİB)
Ölkə08:06 26.08.2020

Nazirliyin binasında yanğın söndürüldü (FOTO/YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ədliyyə Nazirliyinin inzibati binasında yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinin  "112 - Qaynar Xətt”inə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, əraziya Dövlət Yanğından Mühafizə  Xidmətinin müvafiq qüvvələrə cəlb olunub. Yanğının ətrafa yayılmasının qarşısı alınıb, yanğın söndürülüb.
11.41
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasında yanğın başlayıb.
Qaynarinfo xəbər verir ki, Bakı şəhəri, İnşaatçılar prospekti 1 ünvanında yerləşən binanın 5-ci mərtəbəsi yanır.
Nazirliyin əməkdaşları binadan təxliyə olunub.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb edilib.
"Report”un xəbərinə görə, hadisə zamanı nazirliyin rəsmi səhifəsində canlı yayım aparılırdı. Yanğın başladığından canlı yayım dayandırılıb.