Xəbər lenti

Azərbaycanda Cennifer Lopesin pulu necə oğurlanır? - ARAŞDIRMA
Ölkə05:57 19.03.2015

Azərbaycanda Cennifer Lopesin pulu necə oğurlanır? - ARAŞDIRMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın mobil rabitə operatorlarının reklam roliklərindəvə müxtəlif kampaniyalar zamanı dünya estrada ulduzlarının ifasındakımahnıları uzun illərdir eşidirik. Bundan başqa onların foto vəvideotəsvirlərini də nümayiş etdirirlər.

Lakin heç birimiz bu məsələnin üzərində bircə dəfə də düşünməmişikki, belə roliklər çəkən mobil operatorların bu hərəkətləri qanunidirmi,bu şirkətlərin həmin çarxları nümayiş etdirməsi qanuna uyğundurmu.

Əlbəttə, ürəyəyatan, həzin, xoşagəlimli musiqi dinləyəndə bununhüquqi aspektləri yada düşmür. Hərçənd hər bir müğənninin, illah da ki,məşhur ifaçının onun müəllif hüquqlarını qorumalı olan vəkillə müvafiqmüqavilə bağladığını hamımız yaxşı bilirik.

Əlbəttə, xarici müğənnilər toylar, orada yığdıqları şabaş hesabınayaşamırlar. Onların gəlir mənbələri konsertlər, çəkildikləri reklamçarxları və s. tədbirlərdən gələn qazancdır. Və müəllifin mahnısındanistifadə üçün ona qonorar düşür.

Təəssüf ki, Azərbaycanda bu nüansa son vaxtlara qədər heç kim fikirvermirdi. Burada heç özümüzünkülərlə heç kim hesablaşmaq istəmir, o kiola, tutalım, Cennifer Lopes. Bakıda Lopesin hüquqları ilə kim məşğulolası idi ki...

Lakin belə görünür ki, bu sahədəki özbaşınalığın və qanunsuzluğun da sonu çatır.

Əksər dünya estrada ulduzlarının müəllif hüquqlarının qorunması iləməşğul olan Avropa şirkəti - “Universal music group” Azərbaycanda öznümayəndəliyini açıb. “Ominkomo music group” adlanan bu qurum artıqüçüncü ildir ki, ifaçıların müəllif hüquqlarının pozulması faktlarınıaşkarlayır və bu kimi hallarla mübarizə aparmağa çalışır.

Lakin “Ominkomo music group”un bu fəaliyyəti nə qədər effektivdir? Buhaqda həmin şirkətin yardım üçün tanınmış vəkil Kamandar Nəsibovamüraciət etməyə məcbur olması faktı əsasında mülahizə yürütmək olar.

Ötən ilin sonlarından etibarən bütün mobil rabitə operatorlarınınünvanına rəsmi sorğular göndərilməyə başlanır. Onlardan biri belə cavabverib ki, bu məsələ ilə reklam və klipləri çəkən istehsalçı şirkətlərməşğul olur. Digəri isə sorğuya bu günədək heç cavab verməyi də lazımbilməyib. Halbuki vəkil öz iddia və sorğularında “Azercell Telekom”,“Bakcell Ltd” və “Azerfon” şirkətlərinin rəhbərlərinə açıq mətnləanladıb ki, bu şirkətlər müəllif hüquqları qanunla qorunan ifaçılarınmahnılarından bir ildən çoxdur istifadə edirlər. Vəkil mobil rabitəoperatorlarına bu ifaçılara dəyən zərərə görə kompensasiya ödənilməsini,bundan sonrakı illərdə isə həmin ifaçılarla müqavilə əsasında işləməyivə onlara bu müqavilənin nəzərdə tutduğu qaydada qonorar ödənilməsinitəklif edib.

Lakin Azərbaycanın mobil rabitə operatorları bunun əvəzindəkontent-provayderlərlə müqavilələrinin olmasında israr edir, bu zamanonların adlarını açıqlamaqdan da imtina edərək bunu kommersiya sirriadlandırırlar.

Məsələn, “Bakcell” şirkəti əməkdaşlıq etdiyi firmaların adlarınıaçıqlamaqdan qətiyyətlə imtina edib. “Azerfon” isə vəkilin sorğusunacavab verməyə həvəs göstərməyib.

Yalnız “Azercell”dən bu şirkətlərin bəzilərinin adlarını öyrənməkmümkün olub. Bunlar “Digital services” ASC, “Mobiski” ASC və “LSİM”ASC-dir.

K.Nəsibov bunu əlində ipucu edərək işin mahiyyətini araşdırmağa qərar verib. Bu işin detektiv süjetə çevrilməsi də mümkündür.

“LSİM” ASC-dən vəkili başqa kontora - “Azərbaycan müəllifləri”İctimai Birliyinə yönləndiriblər. Bu birlik onunla bağlanmış müqaviləyəəsasən müəllif hüquqlarının qorunmasına görə məsuliyyət daşıyır. Məlumolur ki, “LSİM” ASC Müəllif Hüquqları Agentliyinə də müraciət edibmiş.Agentlikdən ona bildirilib ki, firma bu ictimai birliyin hüquqlarınınşamil edilmədiyi mahnılar üzrə özü müvafiq müqavilələr bağlamalıdır.

Vəkilə mübahisəli mahnıları yaymağa artıq son qoymuş “Digital services” şirkətindən də eyni cavab verilib.

Lakin ən maraqlı hadisələr K.Nəsibovu “Azərbaycan müəllifləri” İB-dəgözləyirmiş. Orada vəkilə deyiblər ki, onların əvvəllər mobil rabitəoperatorları ilə müqavilələri olub, 2014-cü ildən isə belə müqavilələrbağlanmır. Müəlliflərə və ya onları təmsil edən şirkətlərə qonorarlarıisə özləri verirmişlər. Halbuki bu deyilənlərin xarici müəlliflərətətbiq olunması heç cür mümkün olmaması özlüyündə də aydındır.

Vəkil burada işlərin nəsə qaydasında olmadığını hiss edincə ƏdliyyəNazirliyindən “Azərbaycan müəllifləri” İB barədə arayış almağa qərarverib. Nazirlikdən aldığı məlumat isə onun narahatlığını daha daartırıb. Məlum olub ki, İsmayıl Məmmədkərimov 2011-ci ildə “Azərbaycanmüəllifləri” İB-nin sədri seçilib. Özü də bir il müddətinə. O vaxtdanbəri isə bu qurum başsız qalıb, rəhbəri yoxdur. Yalnız K.Nəsibovunonlara müraciətindən sonra İB-də narahat olmağa başlayıblar. OnlarƏdliyyə Nazirliyinə müraciət edərək sənədlərdə dəyişiklik etməyə icazəistəyiblər.

Üstəlik, Ədliyyə Nazirliyindən o da bildirilib ki, İB-ninsənədlərində xarici müəlliflərlə müqavilə bağlanmasına dair bircə cümlədə yoxdur.

“Bundan əlavə, ictimai birliklər haqqında qanun “Azərbaycanmüəllifləri” İB-yə kommersiya əməliyyatları ilə məşğul olmağa, ocümlədən əldə olunan gəliri öz üzvləri arasında bölüşdürməyə icazəvermir. İB-nin vergiödəyicisi olub-olmaması da məlum deyil” - deyəK.Nəsibov öz mövqeyini izah edir.

Vəkil bildirir ki, bu məsələyə müxtəlif məhkəmə instansiyalarındabaxılmasına nail olmaq üçün artıq iddia ərizələri də hazırlayıb.

K.Nəsibov başladığı işin kifayət qədər mürəkkəb olduğunu və bu“xəmirin hələ çox su aparacağı”nı anlayır. Aydın məsələdir, hansısaşirkətlər, özü də mümkündür ki, saxta firmalar məşhur ifaçıların klip vəçarxlarını pulsuz götürüb yaymaqla yaxşıca pul qazanıblar. Bu gün -mahnı müəlliflərinə hesabat vermək lazım olduğunu biləndə isəməsuliyyətdən yayınmağa çalışırlar.

Doğrudur, vəkil əmindir ki, bunu etmək həmin firmalara nəsibolmayacaq, çünki necə deyərlər, ədalət çarxının təkərləri qanunsuzluqmexanizminin təkərlərindən daha güclü fırlanır.

K.Nəsibov müəllif hüquqlarını qoruyan və Azərbaycanın da müxtəlifillərdə qoşulduğu beynəlxalq müqavilə və sazişlərdən ətraflı danışır, busənərlərin tələblərini pozan şəxsləri hansı cəzaların gözlədiyinə dairçoxsaylı nümunələr gətirir. Deyir ki, Azərbaycan Konstitusiyasının 30-cumaddəsi də hər bir kəsin intellektual mülkiyyət hüququnu (müəllif,ixtiraşılıq və intellektual yaradıcılığın digər növləri) birbaşa təsbitedir. Sonralar bunun əsasında da bir sıra qanunlar qəbul olunub. Buhüququn qorunması sayəsində beynəlxalq əməkdaşlıq əlaqələri yaradılıb.

Azərbaycan qanunları bununla bağlı nə deyir?

“Müəllif hüquqları haqqında” qanunun 34-cü maddəsini yada salmaqkifayətdir. Həmin maddəyə görə, fonoqramın istehsalçısı ondan istifadəetmək və ondan başqalarının istifadəsinə görə ödəniş almaq kimi müstəsnahüquqa malikdir. Bu maddənin tələblərinə əməl olunmaması isə İnzibatiXətalar Məcəlləsinin 50-ci və Cinayət Məcəlləsinin 165-ci maddələritərəfindən qanun pozuntusu kimi təsbit edilir və müvafiq olaraq inzibativə cinayət məsuliyyətini nəzərdə tutur.

Vəkil K.Nəsibov indi bir şeyi anlamadığını deyir: nüfuzlu və ciddişirkətlər günahı niyə digər firmaların üzərinə atır? Axı bu başverənlərdən belə nəticə çıxır ki, mobil rabitə operatorları bütünməsuliyyəti istehsalçılar olan hüquqi və fiziki şəxslərin üzərinə atır.Çünki müqaviləyə görə, məsuliyyət onların üzərində qalır. Bu şirkətlərinçoxsaylı təcrübəli hüquqşünasları var. Onlar belə müqavilələr tərtibolunarkən belə nüansları nəzərə almağa borcludurlar.

Elə istehsalçılar da gah “Azərbaycan müəllifləri” İB-yə, gah daMüəllif Hüquqları Agentliyinə istinad edir, bununla da müəllifhüquqlarının pozulmasına görə məsuliyyəti öz üzərlərindən atmağaçalışırlar. Başqa sözlə, ciddi hüquqi şəxslər məsuliyyəti bir-birlərininüstünə atmaqla məşğuldurlar. Nəticədə çoxsaylı xarici müəlliflərqonorar ala bilmirlər. Halbuki məhz elə Müəllif Hüquqları Agentliyiqanunun bu tələblərinə riayət olunmasını təmin etməlidir.

Bu mürəkkəb məsələni bir yazıda əhatə etmək çətindir. Amma K.Nəsibovda ümidini itirmir. Vəkil belə mürəkkəb işlərlə ilk dəfə deyilüzləşdiyini deyir. O əmindir ki, bu işi də öz məntiqi sonluğuna çatdırabiləcək. Bununla da qanun pozuntularının baş alıb getməsi ucbatındandaha çox cinayət mühitini xatırladan Azərbaycanın musiqi sənayesisahəsində qayda-qanun yaradılmasına öz töhfəsini verə biləcək. //haqqin.az

Qaynar.info