Xəbər lenti

Azərbaycanda çörəyin içindən telefon çıxdı (FOTO)
Ölkə12:01 17.04.2013

Azərbaycanda çörəyin içindən telefon çıxdı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Həbsxanaya qadağan olunmuş əşyanın keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar Xidmətdən ANS PRESS-ə verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan 1987-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə təqsirləndirilən şəxs Faiq Ənvər oğlu Alıyevə vətəndaş Anar Vaqif oğlu Yediyarovun gətirdiyi sovqata baxış keçirilən zaman 2 ədəd çörəyin içərisində gizlədilmiş hər birində 1 ədəd “Nokia” mobil telefon aparatı və 1(bir) ədəd elektrik qidalandırıcısının hissəsi aşkar edilərək götürülüb. 

Fakt üzrə araşdırma aparılır. 

Qaynar.info