Xəbər lenti

Azərbaycanda daha 3 112 nəfər koronavirusa yoluxdu
Ölkə13:55 14.12.2020

Azərbaycanda daha 3 112 nəfər koronavirusa yoluxdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 3 112 yeni yoluxma faktı qeydə alınıb, 2 923 nəfər sağalaraq evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 44 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 178 986 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 114 841 nəfər müalicə olunaraq sağalıb, 1 966 nəfər vəfat edib, aktiv xəstə sayı 62 179 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 045, bu günə qədər isə ümumilikdə 1 963 348 test icra olunub.