Xəbər lenti

Azərbaycanda daha bir ana və körpəsi doğuş zamanı öldü
Ölkə19:15 21.12.2013

Azərbaycanda daha bir ana və körpəsi doğuş zamanı öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün axşam saatlarında 36 yaşlı qadın Ağdam Rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı keçinib.
APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, ölən qadın əslən Ağdam rayon sakini olan və Bakıda yaşayan 1977-ci il təvəllüdlü  Əsgərova Gülmirə Bəxtiyar qızıdır.  
 
Məlumata görə, hamilə olan Əsgərova Gülmirə bir neçə gün əvvəl Bakıdan Ağdam rayonuna, anasıgilə gəlib. Bu gün axşam saatlarında onun vəziyyəti pisləşib.  Saat 17-18 radələrində qadın kəskin qanaxma ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, qadını xilas etmək mümkün olmayıb. O, doğuş zamanı kəskin qanaxmadan həyatını itirib.
 
Ağdam Rayon Mərkəzi Xəstəxanasından APA-nın Qarabağ bürosuna bidirilib ki, həkimlər qadına hamilə qalmağın təhlükəli olduğu barədə əvvəldən xəbərdarlıq edibmişlər.

Qaynar.info