Xəbər lenti

Azərbaycanda daha bir avtobus qəzası: yaralılar var
Ölkə15:40 24.02.2016

Azərbaycanda daha bir avtobus qəzası: yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Qaynar.info APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunun Ceyranbatan ərazisindən keçən hissəsində qeydə alınıb.
BMW X5 markalı minik avtomobili sərnişin avtobusu ilə toqquşub. 
Qəza nəticəsində BMW-nin sürücüsü, 1986-cı il təvəllüdlü Zöhrab Əliyev və avtobusun sürücüsü, 1985-ci il təvəllüdlü Seymur Babayev xəsarətlər alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər. 
Faktla bağlı yol polisi tərəfindən araşdırma aparılır.
Qaynar.info