Azərbaycanda daha bir kriminal avtoritet həbs edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt şəhər sakini, 1954-cü il təvəllüdlü Qürbət Hüseynov narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs edilib. Ondan ümumi çəkisi 451 qram olan marixuana götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
APA-nın məlumatına görə, Q. Hüseynov kriminal aləmlə əlaqələri olan şəxslərdən biridir. O, bir neçə dəfə ümumilikdə 25 ilə qədər məhkumluq həyatı yaşayıb. Q. Hüseynov ilk dəfə gənclik illərində adam öldürmə maddəsi ilə məhkum olunub və elə cəzasını çəkərkən həbsxanada da qətl törədib.