Gəncədə məcburi köçkün dəm qazından boğularaq ölüb.
Qaynarinfo-nun baku.ws-ə istinadən verdiyi məlumata görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
İlkin məlumatlara görə 25 yaşlı Tural Uğur oğlu Məmmədov yaşadığı evdə dəm qazından boğulub.
Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub, hadisənin təfərrüaftaları dəqiqləşdirilir.
Qeyd edək ki, Tural Məmmədov Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi idi.