Xəbər lenti

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat etdi
Ölkə14:16 22.06.2020

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərişıq” ASC-nin daha bir əməkdaşı koronavirusdan vəfat edib. 
Qaynarinfo Oxu.az-a istinadən xəbər verir ki, "Azərişıq” ASC-nin Enerji Satışı Departamentinin aparıcı mühəndisi Oqtay Musayev ölüb.
Mərhum bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib. Bütün müdaxilələrə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb.
O.Musayev dünən gecə həyatını itirib.
Qeyd  edək ki, bir neçə gün bundan əvvəl "Azərişıq” ASC-nin daha bir əməkdaşının da koronovirusdan ölməsi barədə məlumat vermişdik.