Bu gün Qazax rayonunda dəhşətli qətl törədilib.
Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Qazax şəhərinin mərkəzində, Əliağa Şıxlinski küçəsində 1986-cı il təvəllüdlü Abdullayeva Aynurə Xanqulu qızı güllələnərək qətlə yetirilib.
Hadisənin kim tərəfindən, hansı səbəbdən törədilməsi hələlik məlum deyil.
Faktla bağlı zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Qaynar.info