
K. Əliyev, həmçinin bildirib ki, 11 ayda ölkə ərazisində sərxoş sürücülər tərəfindən 73 yol qəzası baş verib. Nəticədə 29 nəfər ölüb, 88 nəfər yaralanıb.
Avtomobil yollarında surət həddinin çox olması səbəbindən 767 yol qəzası baş verib. Nəticədə 380 nəfər ölüb, 659 nəfər yaralanıb.
Ötmə və manevr etmə qaydasının pozulması səbəbindən 826 yol qəzası baş verib. Nəticədə 356 nəfər ölüb, 1005 nəfər xəsarət alıb.
Bu il respublikada 1010 yol-nəqliyyat hadisəsi piyadaların vurulması ilə nəticələnib. Baş verən qəzalarda 364 nəfər ölüb, 728 nəfər yaralanıb.
Ümumilikdə baş verən yol qəzalarında 77 nəfər uşaq ölüb, 258 nəfər xəsarət alıb.
Cari ilin müvafiq dövrü ilə müqayisədə yol qəzalarının sayı 60 fakt, ölüm sayı 4 fakt, yaralı sayı isə 84 fakt azalıb.
Qaynar.info