Xəbər lenti

Azərbaycanda dəhşətli yol qəzası: - Ölənlər və yaralananlar var
Ölkə04:51 24.10.2013

Azərbaycanda dəhşətli yol qəzası: - Ölənlər və yaralananlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Oktyabrın 23-də axşam saatlarında Xaçmaz rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib


APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qaraçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
KamAZ markalı yük maşını traktorla toqquşub, traktor isə "Moskviç” markalı avtomobilə dəyib. Qəza nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
Xəsarət alanlar -1966-cı il təvəllüdlü Quliyev Yaqub Əlif oğlu və 1989-cu il təvəllüdlü Muradov Alı Hüseyn oğlunun vəziyyəti orta ağırdır.
 
Hələlik qəzada ölənlərin  adlarını dəqiqləşdirmək mümkün olmayıb.
 
Faktla bağlı araşdırma aparılır.


Qaynar.info