Xəbər lenti

Azərbaycanda dələduzluğa görə bəraət alan qadın niyə həbsdə saxlanıldı?
Ölkə19:47 04.07.2018

Azərbaycanda dələduzluğa görə bəraət alan qadın niyə həbsdə saxlanıldı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dürdanə Əhmədovanın barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə 7 il cəza verilməsini istəyib.
Təqsirləndirilənin vəkili müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Daha sonra prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Dürdanə Əhmədovaya bu iş üzrə bəraət verilib. Lakin qadın başqa cinayət işi üzrə həbsdə olduğuna görə azadlığa buraxılmayıb.
İittihama görə, D.Əhmədova öz evini iki nəfərə sataraq dələduzluq edib. D. Əhmədovaya Cinayət Məcəlləsinin 178.3.2-ci ( külli miqdarda zərər vurma ilə dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
O, başqa bir dələduzluq cinayətində təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.