Xəbər lenti

Azərbaycanda dərslər yenidən təxirə salına bilər - RƏSMİ
Ölkə19:50 13.03.2020

Azərbaycanda dərslər yenidən təxirə salına bilər - RƏSMİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Təhsil müəssisələrində dərslərin dayandırılması ilə bağlı müddət uzadıla bilər”.
Qaynarinfo-nun məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
O qeyd edib ki, martın 27-dək təhsil müəssisələrində tədris dayandırılıb:
"Həmin vaxta bir neçə gün qalmış ölkədəki vəziyyət qiymətləndirilə bilər. Daha sonra dərslərin dayandırılması ilə bağlı vaxtın uzadılıb-uzadılmaması barədə qərar verilə bilər”.