Xəbər lenti

Azərbaycanda doğuş sayı azalır: "Bu, Qərb düşüncə standartlarından irəli gəlir"
Ölkə12:26 29.08.2023

Azərbaycanda doğuş sayı azalır: "Bu, Qərb düşüncə standartlarından irəli gəlir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bütün bunlar cəmiyyətin alt şüuruna ötürülmüş Qərb düşüncə standartlarından irəli gəlir. Biz bunun adını şərti olaraq Qərb düşüncə standartları qoyuruq. Əslində, dünyanın idarə olunmasının yeni modeli artıq 10 illdir ki, start götürüb və fəaliyyətdədir”.
Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Asif Bayramov deyib. O, 1975-ci ildən dünya əhalisinin sayının azalması deyilən qlobal bir proqramın hazırlandığını vurğulayıb:
"Bu proqramın əsas prinsipi ondan ibarətdir ki, insanların düşüncəsində ailə institutunun müqəddəsliyini aşındırmaq və onu heçə endirmək lazımdır. Əgər, bu institut bir şəxsin gözündən düşürsə, onun üçün ailə artımı - övlad, uşaq anlamı mövcud olmur. Son dövrlərdə Azərbaycan gerçəkliyinə Qərb standartları müxtəlif formalarda sırıyırlar. Bütün bunlar Azərbaycan gəncliyinin şüurunda müəyyən davranış modelləri yaradır”. 
Ekspert qeyd edib ki, gənclər özləri də düşünmədən Qərbin bizim beynimizə artıq yerləşdirdiyi həmin qəlblə davranır. Həmsöhbətimiz bildirib ki, ailələrin bir və iki övladla kifayyətlənməsinin səbəbi də belə təbliğatın nəticəsidir: 
"Bunun kökündə ilk növbədə bizim şüurumuz dayanır. İqtisadi, sosial və digər faktorlardan öndə gələn psixoloji faktorudur. Ona görə bu məsələnin həlli üçün hakimiyyət, müvafiq dövlət qurumları Qərbdən gələn zərərli, təhlükəli, ideoloji təbliğatın qarşısını almaq üçün müvafiq ideoloji mübarziə proqramı işləyib hazırlanmalıdır”. 
Asif Bayramov bildirib ki, sözügedən proqram kağız üzərində deyil, real həyatda praktiki olaraq tətbiq olunmalıdır: 
"Məsələn, Rusiyanın prezidenti hər il Qərb düşüncə tərzinin, yəni, Rusiya cəmiyyəti üçün zərərli hesab olunan həmin qəlblərin qarşısını almaq üçün 5 milyard dollar məbləğində proqram tərtib edib. Rusiya nəhəng ölkədir və öncə öz cəmiyyətini Qərbin hərbi, siyasi aqresiyasından, işğalından deyil, onun ideoloji, psixoloji işğalından qoruyur. Çünki başa düşürlər ki, hazırda Qərb dünyası, onun xüsusu güc mərkəzləri, qlobol beyin mərkəzəri, strateji düşüncə mərkəzləri məhz bizim kimi cəmiyyətləri hərbi yolla işğal eləmir, ideloji baxımdan işğal edib, onu avropalaşdırır”. 
Asif Bayramov bu reallığın canlı şahidi olduğumuzu diqqətə çatdırıb: 
"Hesab edirəm ki, belə məsələlərdə hakimiyyətin Qərbdən gələn zərərli ideyalarının qarşısını almaq üçün müvafiq maarifləndirmə proqramları hazırlanmasını təşviq etməliyik. Çıxış yolumuz cəmiyyətin şüurunu qaldırmaqdır”.
Qeyd edək ki, Azərbaycanda doğulan uşaqların sayı açıqlanıb. Məlumatda 2015-ci 166 min 210, 2016-cı ildə 159 min 464, 2017-ci ildə 144 min 41, 2018-ci ildə 138 min 982, 2019-cu ildə 141 min, 2020-də 125 min, 2021-ci ildə 110 min 700, 2022-ci ildə 122 min 846 körpə dünyaya gəldiyi bildirilib. 2015-ci illə müqaisədə 2022-ci ildə 43 min 364 uşaq az doğulub, yəni doğuş sayı azalır. 
Bahar Rüstəmli