Xəbər lenti

Azərbaycanda dollar bahalaşdı
Ölkə05:00 21.04.2015

Azərbaycanda dollar bahalaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Qaynar.info Mərkəzi Banka istinadən xəbər verir ki, 1 dollar 1,0502-dən 1,0506-ya qədər bahalaşıb. 
Avronun məzənnəsində isə əksinə ucuzlaşma qeydə alınıb. Belə ki, 1 avro 1,1333-dən 1.1269-a qədər ucuzlaşıb.
Rusiya rublunun kursunda isə ucuzlaşma müşahidə edilib. İndi 1 rublun dəyəri 0.0202-dən 0.0197 manata qədər azalıb. 
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
Qaynar.info