Xəbər lenti

Azərbaycanda dollar bahalaşdı, avro ucuzlaşdı
Ölkə05:10 13.04.2015

Azərbaycanda dollar bahalaşdı, avro ucuzlaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Qaynar.info Mərkəzi Banka istinadən xəbər verir ki, 1 dollar 1,0520-dən 1,0537-yə qədər bahalaşıb. 
Avronun məzənnəsində isə azalma qeydə alınıb. Belə ki, 1 avro 1.1235-dən 1.1161-ə qədər ucuzlaşıb. 
Rusiya rublunun kursunda da ucuzlaşma müşahidə edilib. İndi 1 rublun dəyəri 0.0203-dan 0.0197-yə qədər azalıb. 
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 AZN təxminən 0, 78 ABŞ dolları idi.
Qaynar.info