Xəbər lenti

Azərbaycanda dollar "sehrbazlar"ı tutuldu - ŞOK
Ölkə08:50 18.05.2016

Azərbaycanda dollar "sehrbazlar"ı tutuldu - ŞOK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda yaşayan Əfqanıstan vətəndaşı Fərzad Əbdül Əhməd Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək tanımadığı şəxslərin onun etimadını qazanaraq 50 min ABŞ dollarını guya xüsusi kimyəvi vasitələrlə 100 min ABŞ dolları edəcəkləri adı altında aldararaq dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib. 

Qaynarinfo.az xəbər verir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Keçirilən xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Kamerun vətəndaşları – Alfons Tuani, Patrik Arno, Ziepop Maksim Valeri və Armel Qaetandan ibarət dəstə zərərsizləşdirilib.

Saxlanılan şəxslər ifadələri zamanı ölkəmizdə keçiriləcək beynəlxalq miqyaslı “Formula 1” idman yarışları ərəfəsində Bakı şəhərinə çoxlu turistlərin səfər edəcəyini bildiklərindən qeyd olunan üsulla onları aldatmaq və pullarını mənimsəmək niyyəti ilə Azərbaycana gəldiklərini bildiriblər.

Onların üzərlərinə və yaşadıqları mənzilə baxış zamanı maddi sübutlar aşkar olunaraq götürülüb.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Qaynarinfo.az