Xəbər lenti

Azərbaycanda dollar ucuzlaşdı
Ölkə05:08 03.06.2015

Azərbaycanda dollar ucuzlaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Qaynar.info Mərkəzi Banka istinadən xəbər verir ki, 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi azalıb. Belə ki, ötən gün 1 ABŞ dolları 1,0494 AZN-ə bərabər idi. Bu gün isə bu rəqəm azalaraq 1.0484-ə bərabər olub. 
Avronun məzənnəsi isə manata nəzərən bahalaşıb. Avropanın vahid valyutası 1,1470-dən 1.1696 manata kimi yüksəlib. 
Rusiya rublunun kursunda da bahalaşma müşahidə edilib. 1 rublun dəyəri artaraq 0.0196-dan 0.0199-a çatıb. 
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
Qaynar.info