Xəbər lenti

Azərbaycanda doğum evində orta məktəb - VİDEO
Ölkə11:11 21.10.2013

Azərbaycanda doğum evində orta məktəb - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Redaksiyamıza Şəkinin Baş Zəyzid kəndindən məktub daxil olub.

Qaynar.info
-nun verdiyi xəbərə görə, bir neçə kənd sakini tərəfindən göndərilən məlumatda kəndin təhsil problemindən bəhs edilir. Şikayətçilər bildirir ki, 2012-ci ildə ölkənin şimal zonasında baş verən zəlzələdən sonra kəndin məktəbi qəzalı vəziyyətə düşüb. Bundan sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) rəyi əsasında məktəbin fəaliyyəti dayandırılıb.

Həmin vaxtdan sonra məktəb kəndə yerləşən xəstəxanaya, kənd sovetinin yerləşdiyi binaya köçürülüb. Uşaqlar doğum evi ilə eyni binada sinif otağına yaramayan otaqlarda dərs keçmək məcburiyyətində qalıblar. Bu il prezdent seçkilərindən 20 gün əvvəl güya əsaslı təmirə başlamaq adı ilə məktəbdə təmir işləri başlansa da, məktəbin damı söküldü və seçkilər başa çatandan sonra bir gün belə iş görülməyib.

Şikayətçilər ünvanlaqdıqları müraciətdə xahiş edirlər ki, hər il ən az 30-40 şagirdi yüksək nəticələrlə ali məktəblərə daxil olan bu məktəbə olan laqeyd münasibətə son qoyulsun və aidiyyəti qurumlar məktəbin təmir olunmasına yardım etsinlər.

Pərviz

Qaynar.info