Xəbər lenti

Azərbaycanda elektron xidmətlərin sayı artırıldı - SİYAHI
Ölkə10:35 17.05.2015

Azərbaycanda elektron xidmətlərin sayı artırıldı - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nazirlər Kabineti “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” barədə qərar verib. Lent.az-ın məlumatına görə, baş nazir Artur Rasizadənin imzaladığı qərarla elektron xidmət növlərinin siyahısına əlavələr edilib.
Qərarda bildirilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 29 yanvar tarixli 19 nömrəli qərarı) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 3.9-cu bənd aşağıdakı redaksiyada verilsin:
3.9.Doğum haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu
2. Aşağıdakı məzmunda 3.9-1 - 3.9-6-cı və 3.19-cu bəndlər əlavə edilsin:
3.9-1.Ölüm haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu
3.9-2.Nikah haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu
3.9-3.Nikahın pozulması haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu
3.9-4.Övladlığa götürmə haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu
3.9-5.Atalığın müəyyən edilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu
3.9-6.Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu
3.19.Vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatın verilməsi
Qaynar.info