Xəbər lenti

Azərbaycanda elektrovoz qəza törətdi: ÖLƏN VAR
Ölkə06:16 14.09.2013

Azərbaycanda elektrovoz qəza törətdi: ÖLƏN VAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncə şəhəri ərazisində elektrovoz 28 yaşlı qızı vurub.

Trend-in məlumatına görə, elektrovoz Samux şəhər sakini 1985-ci il təvəllüdlü Mirzəyeva Sərayyə Edil qızını vurub və nəticədə o, hadisə yerində ölüb. İlkin araşdırmaya görə, S.Mirzəyeva ağır xəstəliyə düçar olmuşdu. Ona görə də həyatdan bezmişdi.

Gəncə şəhər Prokurorluğundan Trend-ə faktı təsdiqləyiblər və bildiriblər ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qaynar.info