Xəbər lenti

Azərbaycanda əmək qabiliyyətli yaşda ölənlərin sayı açıqlandı
Ölkə17:18 25.08.2017

Azərbaycanda əmək qabiliyyətli yaşda ölənlərin sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda ötən il əmək qabiliyyətli yaşda ölənlərin sayı açıqlanıb.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2016-cı ildə 16506 insan əmək qabiliyyətli yaşda dünyasını dəyişib.

Onlardan 11 629-u kişi, 4877-si qadınlardır.

Qeyd edək ki, Azərbaycanda 1998-ci ilədək kişilər 16-59, qadınlar 16-54 yaşlarında, 1998-cı ildə kişilər 16-60, qadınlar 16-55, 1999-cu ildə kişilər 15-60, qadınlar 15-55 yaşda əmək qabiliyyətli sayılıb.

Bu göstərici 2000-2009-cu illərdə kişilərdə 15-61, qadınlarda 15-56, 2010-cu ildə kişilərdə 15-61,5 qadınlarda 15-56,5, 2011-ci ildə kişilərdə 15-62, qadınlarda 15-57, 2012-ci ildə kişilərdə 15-62, qadınlarda 15-57,5, 2013-cü ildə kişilərdə 15-62, qadınlarda 15-58, 2014-cü ildə kişilərdə 15-62, qadınlarda 15-58,5, 2015-ci və 2016-cı illərdə isə kişilərdə 15-62, qadınlarda 15-59 yaş olub.

Qaynarinfo.Az