Xəbər lenti

Azərbaycanda ən çox izlənilən telekanal - SORĞU
Ölkə10:06 10.06.2013

Azərbaycanda ən çox izlənilən telekanal - SORĞU

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İREX təşkilatının maliyyə dəstəyi ilə Azerlife.org saytı bir aya yaxın davam edən Azərbaycan regionlarında və paytaxtda medianın durumu ilə bağlı sorğunun nəticələrini təqdim edib. 

Təşkilatdan Qaynar.info-ya verilən məlumata görə, layihə çərçivəsində bir ay boyunca Facebook sosial şəbəkəsində istifadəçilər arasında sorğu keçirilib. Xüsusi proqram təminatının köməkliyi ilə keçirilən sorğuda 442 nəfər iştirak edib. Nəticələrə görə, ən aktiv region gözlənildiyi kimi Bakı olub. Bundan əlavə, Abşeron, Gəncə, Quba, Masallı, Lənkəran rayonları da aktivlik göstərib. Sorğuda "Məlumatı ən çox haradan əldə edirsiniz?" sualına cavab verən respondentlərin böyük bir hissəsi - 343 nəfəri Xəbər saytları (İnternet) cavabını, "Hansı informasiya mənbəyinə daha çox inanırsınız?" sualına 120 nəfər İnternet cavabını verib. "Ən çox izlədiyiniz TV-lər" sualının cavabı Kanal D Türkiyə olub,  ikinci yeri isə ANS telekanalı tutub. Sorğuda həmçinin Türkiyənn qabaqcıl TV-lərinin adları da var. 

Ümumilikdə, bütün Türk TV-lərinə verilən səslərin sayı 581-dir. "Xəbəri ən çox hansı saytlardan əldə edirsiniz?" sualında ən çox səsi Facebook sosial şəbəkəsi yığdı, Azadlıq radiosu isə ikinci olub. 

Qaynar.info