Xəbər lenti

Azərbaycanda ər porno həvəskarı olan arvadını boşayır - ŞOK
Ölkə10:26 21.08.2013

Azərbaycanda ər porno həvəskarı olan arvadını boşayır - ŞOK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Həyat yoldaşından qeyri-ənənəvi yolla cinsi əlaqədə olmaq təklifi alan kişi şoka düşüb.

Azərbaycanın rayonlarından birində bütün ölkəni şok vəziyyətinə salacaq hadisə baş verib.

Oxu.Az-ın məlumatına görə, arvadından qeyri-ənənəvi yolla cinsi əlaqəyə girmək təklifi alan ər boşanmaq üçün müraciət edib.

Mənbənin bildirdiyinə görə, birinci ərindən ayrılandan sonra 30 yaşlı Şəlalə M. Tofiq Ə. ilə ikinci dəfə ailə qurub.

Ailə bir müddət xoşbəxt yaşasa da, sonradan onların arasında mübahisələr yaranıb və ər boşanmaq üçün müraciət etmək qərarına gəlib.

Belə ki, günlərin birində Şəlalə ərini şok vəziyyətinə salan xahişlə müraciət edib. Qadın bildirib ki, birinci dəfə ailəli olarkən onun əri evə pornoqrafik kasetlər gətirirmiş və onlar birlikdə həmin kasetlərə baxaraq, oradakı bütün hərəkətləri (o cümlədən də, qeyri-ənənəvi yolla cinsi əlaqəni) təkrarlayırlarmış. Arvadından bu sözləri eşidən ər şoka düşüb və artıq növbəti gün məhkəməyə gələrək, boşanmaq barədə müraciət edib

Hazırda ər və arvad boşanmaq mərhələsindədirlər.

Qaynar.info