Xəbər lenti

Azərbaycanda erməni dili tədris olunmalıdırmı? - Ekspert
Ölkə14:49 20.04.2023

Azərbaycanda erməni dili tədris olunmalıdırmı? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Erməni dilini kütləvi şəkildə öyrənmək yox, əsasən universitetlərdə, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti akademiyalarında tələbə və müdavimlər üçün tədris oluna bilər, eyni zamanda, erməni dilini öyrənmək istəyənlər müstəqil qaydada seçim etməli, öyrənməlidirlər”.
Bu sözləri Qaynarinfo-ya təhsil məsələləri üzrə ekspert Kamran Əsədov "şagird və tələbələr üçün erməni dili tədris edilməlidirmi” sualına cavab olaraq bildirib.
Kamran Əsədov qeyd edib ki, biz bu mənada hətta ermənilərdən üç il geri qalmışıq:
"Ermənilər üç il əvvəl Azərbaycan dili tədris vəsaiti hazırlayıb və hazırda həmin vəsait universitetlərdə tədris olunur. Azərbaycanda Bakı Dövlət və Slavyan universitetlərində erməni dili tədris edilir, bir neçə il əvvəl Xəzər Universitetində də bu dildən dərs deyilib və tələbələrin dərsə olan marağını müşahidələrimdə görmüşəm. Hazırda mənbə üçün kitab lazımdır. Bu günə qədər Azərbaycanda erməni dili ilə bağlı tədris vəsaiti yazılmayıb, olanlar isə ümumi kitablardır. Düşmənimizin dilini öyrənmək əlbəttə vacibdir. İstər dövlətin təhlükəsizliyi baxımından, istərsə də tarix elminə yeni yanaşma baxımından erməni dilini bilmək lazımdır”.
 
Ekspert əlavə edib ki,  düşmənlə mübarizə aparmaq üçün ilk növbədə onun dilini bilmək lazımdır:
"SSRİ rəhbəri Stalin II Dünya müharibəsi davam edərkən orta məktəblərdə şagirdlərə alman dilinin tədris olunması ilə bağlı göstəriş vermişdi. Düşmənin dilini bildikdən sonra mübarizə istər-istəməz asanlaşır. Mübarizə dedikdə isə həm hərbi münaqişələr, həm də media üzərindən informasiya müharibəsi nəzərdə tutulur. Yəni həm hərbiçilər, həm də digər peşələrə yiyələnmiş şəxslər düşmənin dilini bilməklə ona qarşı mübarizəni daha da asanlaşdıra bilərlər. Bununla düşməni bir növ onun dili ilə vurmaq mümkün olur”.
Kamran Əsədov qeyd edib ki, dil bilgisini iki qismə ayırmaq mümkündür: 
"Beynəlxalq dil statusuna sahib olan ingilis, alman, fransız dilləri və region dilləri. Dil bilmək insan dünyagörşünü, biliyini zənginləşdirir. Belə bir ifadə var: "Neçə dil blirsənsə o qədər adamsan". Yəni dil bilmək vacibdir”.
Günay İlqarqızı