Xəbər lenti

“Azərbaycanda erməni kilsəsi qorunduğu halda, Şuşada, Ağdamda məscidlərimiz dağıdılıb” - Əhməd Şahidov
Ölkə07:53 11.11.2016

“Azərbaycanda erməni kilsəsi qorunduğu halda, Şuşada, Ağdamda məscidlərimiz dağıdılıb” - Əhməd Şahidov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Noyabrın 10-da Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in “Etnik azlıqlar və onların inteqrasiyası” mövzusunda iki günlük konfransı öz işinə başlayıb. ATƏT üzvü olan 57 ölkənin səfir və diplomatları, habelə beynəlxalq təşkilatların nümayəndələri, hüquq müdafiəçiləri və media mənsublarının qatıldığı tədbirdə ATƏT coğrafiyasında yaşayan etnik azlıqların hüquqları və onların cəmiyyətə inteqrasiyası məsələləri müzakirə edilib.

Müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Azərbaycanda yaşayan çoxsaylı xalqlar barədə məlumat verib, multikulturalizm dəyərləri və Azərbaycançılıq ideologiyası haqqında danışıb. Azərbaycanın multikulturalizmin Vətəni olduğunu diqqətə çatdıran hüquq müdafiəçisi ölkədə yəhudi, alman, rus, ləzgi, avar, tat və ermənilərin sərbəst şəkildə yaşadığını da vurğulayıb.

Qaynarinfo.Az