
Azərbaycan torpaqlarında daha bir erməni əsgər öldürülüb.
Ans press-in məlumatına görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Ermənistan Ordusunun N saylı hərbi hissəsinin əsgəri 1990-cı il təvəllüdlü Akobyan Mqer Ovannesoviç güllə yarasından ölüb.
Ermənistan tərəfi hadisənin baş vermə səbəblərinin araşdırılması üçün təhqiqat aparır.
Qeyd edək ki, son vaxtlar Ermənistan Silahlı Qüvvələrində belə hadisələr çoxalıb. Belə ki, bir müddət öncə Ermənistanda əsgər əsgər yoldaşını öldürüb. Ermənistanın N saylı hərbi hissənin əsgəri Vardan Davtyan əsgər yoldaşı Samvel Artünyanı öldürüb.
Bununla yanaşı, ötən ayın 29-da 1995-ci il təvəllüdlü Vladimir Hayrapetyan başından aldığı güllə yarasından ölmüşdü. Erməni əsgərin xidmət yoldaşı tərəfindən vurulduğu bildirilirdi. Ermənistan Ordusunda artıq bu kimi hadisələr adi hala çevrilib.
Qaynar.info