Xəbər lenti

Azərbaycanda əsgərin asılmış meyiti tapıldı
Ölkə07:58 29.08.2013

Azərbaycanda əsgərin asılmış meyiti tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəlilabad rayonunda yerləşən hərbi hissədə əsgər ölümü olub. 

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd qoşunlarının yerləşdiyi hərbi hissədə qeydəə alınıb.

Göranboy rayonu Qızılhacılı kəndindən hərbi xidmətə çağırılmış Məmmədov Nofəl Nofər oğlu bu gün axşam saatlarında xidmət etdiyi hərbi hissədə asılı vəziyyətdə tapılıb.

Əsgərin yaxınlarının dediklərinə görə, o bir müddət əvvəl hərbi hissədə daha çox xidmət etmiş əsgələrlə dəfələrlə mübahisələri olub.

Qeyd edək ki, Nofəl Məmmədovun hərbi xidməti başa vurmağına 1 ay qalıbmış. 

Məsələ ilə bağlı hərbi hissədən heç bir açıqlama verilməyib.

Qaynar.info