Xəbər lenti

Azərbaycanda əsirlikdə olan erməni yenidən orduya qoşuldu
Ölkə14:54 18.11.2014

Azərbaycanda əsirlikdə olan erməni yenidən orduya qoşuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir ildən çox Azərbaycanda əsirlikdə olan və öz istəyi ilə üçüncü ölkəyə təhvil verilmiş Ermənistan ordusunun əsgəri Akop İnciqulyan hərbi xidmətini davam etdirir.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovanisyan deyib.

O bildirib ki, A.İnciqulyan evinin yaxınlığındakı hərbi hissədə xidmət keçməyə davam edəcək.

Qeyd edək ki, A.İnciqulyan Azərbaycan tərəfindən üçüncü ölkəyə təhvil verildikdən sonra bu il oktyabrın 2-də Ermənistana qayıdıb.

Qaynar.info