Xəbər lenti

Azərbaycanda ev yandı, Quran zərər görmədi
Ölkə11:07 24.05.2014

Azərbaycanda ev yandı, Quran zərər görmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yanğın Dövlət Sərhəd Xidmətinin hərbçilərinin yaşadığı binanın yaxınlığında baş verib

Zaqatala rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində Göyəm kəndində (rayon mərkəzindən 12 km aralı) ümumi sahəsi 200 kv.m olan birmərtəbəli yaşayış evinin yanar konstruksiyaları yanıb.

Məlumata görə, yanğın qaçqın və məcburi köçkünlərin yaşadığı 4 evdə baş verib. Yanğın nəticəsində evlərin hər biri yararsız vəziyyətə düşüb. Yanğın zamanı sakinlərin evdən çıxarılması üçün Dövlət Sərhəd Xidmətinin hərbçiləri də köməyə gəlib.

Sakinlərin sözlərinə görə, evdəki əşyalar yanaraq yararsız vəziyyətə düşsə də, Quran kitabına heç bir zərər dəyməyib.

Yanğın saat 13:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.(ANS)