Xəbər lenti

Azərbaycanda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlandı
Ölkə18:30 20.05.2023

Azərbaycanda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Abşeron rayonunun Masazır qəsəbəsindəki evlərin birindən 10 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Qaynarinfo-ya DİN-dən bildirilib.
Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aqşin Quliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.