Xəbər lenti

Azərbaycanda evə silahlı basqın olub: qızıl və avtomobil oğurlandı
Ölkə07:43 07.08.2013

Azərbaycanda evə silahlı basqın olub: qızıl və avtomobil oğurlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda evə silahlı basqın edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Goranboyun Ağamoğullu kəndində Əbülfət Məmmədovun evinə gələn 3 mülki şəxs onun əl ayağını iplə bağlayaraq döyüb. Arvadı Səkinə və qızını tapança ilə hədələyərək evdən 5100 manat, 1000 ABŞ dolları və qızıl əşyaları götürərək Ə. Məmmədova məxsus ”Hyundai” markalı avtomobillə hadisə yerini tərk ediblər.

Sonradan qaçırılan avtomobil tapılıb.

Hazırda hadisəni törədən şəxslərin tapılması istiqamətində iş aparılır.

Qaynar.info