Xəbər lenti

Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı açıqlandı
Ölkə09:31 19.01.2026

Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı açıqlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası 2025-ci il fəaliyyəti ilə bağlı hesabatında deyilib.
Bildirilib ki, 2025-ci ildə vəkillərin ümumi sayı artaraq 2 836 nəfərə çatıb.
Hazırda fəaliyyət göstərən 2 836 vəkildən 2 203 nəfəri (77,68%) kişi, 633 nəfəri (22,32%) qadındır. Onlardan 2 314 nəfəri (81,59%) Bakıda, 522 nəfəri (18,41%) isə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir. Bu göstəricilər vəkillik institutunun inkişaf dinamikasının davamlı xarakter daşıdığını təsdiqləyir.