Xəbər lenti

Azərbaycanda gəlin qayınanasını bıçaqladı
Ölkə08:28 05.09.2013

Azərbaycanda gəlin qayınanasını bıçaqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.

Daşkəsən rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Yuxarı Daşkəsən adlanan hissəsində baş verib. Rayon sakini, 1990-cı il təvəllüdlü Elnarə Əsgərova ailədaxili münaqişə zəminində qaynanası, 1957-ci il təvəllüdlü  Validə Qədirovanı ayaq nahiyəsindən bıçaqlayıb. Daha sonra gəlin özünün qarın nahiyəsinə bıçaqla zərbə endirib. Hər iki qadın Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

Qaynar.info