Xəbər lenti

Azərbaycanda görünən UNO-nun SİRRİ
Ölkə06:59 23.05.2014

Azərbaycanda görünən UNO-nun SİRRİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

UNO-nun Kapustin Yar poliqonundan səmaya buraxılan reketlə əlaqəsi var

Yerli mətbuatın məlumatına görə, mayın 20-də saat 23:30 radələrində Yevlax və Ağcabədi rayonlarında uçan naməlum obyekt görünüb. 30 saniyə ərzində insan gözü ilə görünən məsafədə dayanıb və anidən itib. Baş verən hadisə marağa səbəb olub. 

Milli.az xəbər verir ki, UNO görünməsi ilə bağlı tədqiqatçı ezoterik Vaqif Ələkbərov fikirlərini Day.Az saytı ilə bölüşüb. 

Onun sözlərinə görə, Rusiya mətbuatında da mayın 20-də UNO görünməsi barədə məlumat yayılıb. Ekspert hesab edir ki, UNO-nun Kapustin Yar poliqonundan səmaya buraxılan reketlə əlaqəsi var. 

"UNO-nun xarici görkəmi də həmin raketə bənzəyir. Çox güman ki, elə həmin raket olub", - o əlavə edib.

Qaynar.info