Bu gün axşam saat 22:30 radələrində Qəbələ rayonu Bum kəndinə dolu yağıb.
Qaynar.info bizimyol.info-ya istinadən xəbər verir ki, yağan dolu nəticəsində kənd təsərrüfatına, evlərə, avtomobillərə, ticarət obyektlərinə güclü ziyan dəyib. Həmçinin havanın bu cür keçməsi çaylara selin gəlməsinə səbəb olub.