Xəbər lenti

Azərbaycanda güclü ildırım çaxdı: Xəstəxana və küçələrdə saatlardır işıq yoxdur
Ölkə19:44 08.06.2024

Azərbaycanda güclü ildırım çaxdı: Xəstəxana və küçələrdə saatlardır işıq yoxdur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gədəbəydə ildırımdan sonra transformatorda fəsad yaranıb, mərkəzi xəstəxanada elektrik enerjisi kəsilib.
"Report"un Qərb bürosunun məlumatına görə, artıq bir neçə saatdır xəstəxanada və yaxınlıqdakı küçələrdə elektrik enerjisi yoxdur.
Sakinlər bildirib ki, güclü ildırımdan sonra transformatorda qısapanma olub və fəsad yaranıb.
Qeyd edək ki, günorta saatlarından bölgədə qeyri-sabit hava şəraiti müşahidə olunur.