Xəbər lenti

Azərbaycanda güclü külək fəsadlar törədib - VİDEO / FOTO
Ölkə05:37 28.03.2017

Azərbaycanda güclü külək fəsadlar törədib - VİDEO / FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tovuzda gecə saatlarında əsən güclü külək fəsadlar törədib.

APA-nın verdiyi məlumata görə, təbii fəlakət nəticəsində rayon mərkəzində və ətraf kəndlərdə bir neçə evin dam örtüyünə, eləcə də hasarlarına ziyan dəyib. İki evin həyətində hasar küləyin gücündən uçub. Külək rayon mərkəzindəki piyada keçidinin tavanını da dağıdıb.

Bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində də müəyyən fasilələr yaranıb. Külək əsən müddətdə rayonun Sadəddin Məmmədov küçəsi, 3 ünvanında mənzildə isə yanğın olub. Alov Elmira Məmmədovaya məxsus evin yardımçı tikilisində qeydə alınıb. Ev sahibinin dediyinə görə, yanğın elektrik naqillərində yaranan qısaqapanma nəticəsində yaranıb.

Qaynar.Az