Xəbər lenti

Azərbaycanda güclü partlayış: 2 yaralı
Ölkə05:31 09.05.2014

Azərbaycanda güclü partlayış: 2 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Masallı rayonunun Təklə kəndində səhər saat 08:30 radələrində kənd sakini, 1963-cü il təvəllüdlü Vilayət Məmməd Oğlu İbrahimova məxsus yaşayış evində güclü partlayış baş verib.

APA-nın məlumatına görə, partlayış nəticəsində ev sahibi və onun 1997-ci il təvəllüdlü qızı Südabə İbrahimova güclü yanıq xəsarətləri alıblar. Ev sahibinin bədəninin 60%-i, qızının isə bədəninin 25%-i yanıb.

Hər iki yaralı təcili olaraq Masallı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanada onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri ağırlaşdığından onların hər ikisi Bakı şəhərinə göndərilib.

Hələlik partlayışın səbəbləri məlum deyil. Hadisə yerində müvafiq araşdırmalar aparılır.  

Qaynar.info